AZ

Erməniəsilli rusiyalı sabiq redaktorun adı terrorçu siyahısına salınıb

Rusiyanın tələbə onlayn-nəşri - DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

"Aznews.az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları - Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

Seçilən
16
10
aznews.az

10Mənbələr