AZ

Neftçalada da prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Neftçala rayonunda1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.






Seçilən
101
4
qafqazinfo.az

10Mənbələr