AZ

Rusiya qələbəyə gedən “ən qısa yolu” tapdı: 145 milıyardlıq “zəfər layihəsi”

Artıq üçüncü ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi hər iki ölkənin hərbi resursları ilə yanaşı, iqtisadi-maliyyə resurslarını da tükətməkdə, kütləvi psixoloji yorğunluqla müşahidə edilməkdədir.

 

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, Rusiya bugünlərdə qələbəyə gedən “ən qısa yolu” nəhaəyt ki, tapıb. Belə ki, Kreml müharibəyə son qoymaq və qəti qələbə əldə etmək üçün hərbə ayırdığı maliyyəni fantastik dərəcədə artırmağa qərar verib. Belə ki, Moskva gələn il müdafiə xərclərinə 145 milyard dollar ayırmaq niyyətindədir ki, bu da Rusiya tarixi üçün rekord göstərici hesab olunur.

 

Rus hərbi mütəxəssislər hesab edir ki, böyük maliyyə vəsaiti nəhəng Rusiya ordusunun hərbi təchizatını ciddi şəkildə yaxşılaşdırmağa, onun Ukrayna qarşısındakı üstünlüyünü kəskin şəkildə artırmağa imkan verəcək. Bu isə Rusiyanın üç ildir ki, gözlədiyi qələbə üçün ən vacib amildir.

 

Qeyd edək ki, zəfərin rekord pul hesabına təmin olunacağı  ideyası hələ ki, sadəcə ehtimaldır. Bu ehtimalın reallqıda öz təsdiqini tapıb-tapmayacağı isə heç şübhəsiz zaman göstərəcək.

 

Seymur ƏLİYEV

 

Seçilən
26
moderator.az

1Mənbələr