AZ

Beyləqanda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Fotolar

Beyləqanda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu - Fotolar




Beyləqanda 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.AzFakt.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə peşə bayramının təsisçisi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.Beyləqan rayon Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin və ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş nitqi ilə açan Beyləqan rayon prokuroru Ramazan Hadıyev prokurorluq orqanlarının yaranma tarixindən, ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıb.Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov prokurorluq işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsinin əhəmiyyətindən danışaraq, bu qərarın hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürü olduğunu diqqətə çatdırıb.Tədbirin sonunda Ramazan Hadıyevə və rayon prokurorluğunun bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim edilib.




Xəbərin oxunma sayı :
88

Seçilən
12
3
azfakt.com

4Mənbələr