AZ

Yeni Kaledoniyada etirazlara səbəb olan qanun Konqresdə səsə qoyulmayacaq

Yeni Kaledoniyada kütləvi etirazlara səbəb olan seçki siyahılarının genişləndirilməsi ilə bağlı mübahisəli qanun layihəsi Fransa parlamentinin iki palatasının konqresində ikinci səsverməyə çıxarılmayacaq.

“Aznews.az” xəbər verir ki, bu barədə Fransanın Baş naziri Mişel Barnye parlamentin aşağı palatası olan Milli Assambleyada çıxışı zamanı bildirib.

“Prezident ilə razılaşmaya əsaslanaraq, yerli seçkilərin 2025-ci ilin sonuna qədər təxirə salınması barədə qərar qəbul olunduğunu elan edə bilərəm. Seçicilərin dondurulması ilə bağlı keçən ilin may ayında parlament assambleyaları tərəfindən qəbul edilmiş konstitusiya qanunu layihəsi Konqresə təqdim olunmayacaq”, - o deyib.

Barnye qeyd edib ki, son dörd ay yarım ərzində bu dənizaşırı ərazi fövqəladə çətin böhran yaşayır.

Seçilən
20
3
aznews.az

4Mənbələr