AZ

Dünyanın ən bahalı futbolçusu bəlli oldu

Bakı. Trend:

"Mançester Siti"nin və Norveçin hücumçusu Erlinq Haland dünyanınən bahalı futbolçusu olub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, oktyabrın 1-də Transfermarkt portalıİngiltərə Premyer Liqasının bəzi oyunçularının qiymət etiketləriniyeniləyib və 24 yaşlı futbolçunun dəyəri 180 milyon avrodan 200milyon avroya yüksəlib.

Əvvəllər Haland reytinqin 1-ci pilləsini “Real”ın oyunçularıVinisius Junior, Cud Bellingem və Kilian Mbappe ilə bölüşürdü.Onların dəyəri hələlik 180 milyon avro olaraq qalır. Lakin bu,oktyabrın 11-də oyunçularının qiymət siyahılarını yeniləndikdədəyişə bilər.

Haland, eyni zamanda, 200 milyon avroya çatan ikinci oyunçuolub. 2018-ci ilin əvvəlində Mbappe bunu bacarmışdı.

Qeyd edək ki, bu mövsüm Erlinq İngiltərə çempionatında 6 matçda10 qol vurub.


Seçilən
13
3
az.trend.az

5Mənbələr