AZ

İranın İsrailə raket zərbələri nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

İranın raket hücumu nəticəsində İordan çayının qərb sahilində bir fələstinli ölüb.

Azreform.info xəbər verir ki, İranın İsrailə hücumu zamanı İordan çayının qərb sahilindəki Yerixo yaxınlığındakı Nueima kəndində bir nəfər raket qəlpələrindən ölüb.

İsrail fövqəladə hallar xidmətlərinin yaydığı məlumata görə isə, raket hücumu nəticəsində 2 nəfər yaralanıb.

***

İrandan İsrailə doğru 500-ə yaxın raket atılıb.

Azreform.info xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.

İtkilərlə bağlı hələlik məlumat verilmir. 

Tel-Əvivdə bir çox binaların dağıldığı bildirilir.

İranın dövlət televiziyası İsrailə qarşı davam edən ballistik raket hücumunun yalnız birinci dalğa olduğunu və növbəti raundların gözlənildiyini bildirib.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusu HAMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə qarşı onlarla raket atdığını açıqlayıb.

Azreform.info xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək.

İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb.

***

İsrail ordusu İran İslam Respublikasının raket atdığını açıqlayıb.

Azreform.info xəbər verir ki, hücumun miqyası və səviyyəsi ilə bağlı təfərrüatlar açıqlanmayıb.

“İrandan İsrailə raketlər atıldığı üçün bütün İsrail mülki vətəndaşları bomba sığınacaqlarındadır”, - qeyd edilib.

Bildirilir ki, İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.

***

Vaşinqton administrasiyası İranın İsrailə raket hücumu hazırladığına dair məlumat əldə edib.

Azreform.info ” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evə istinadən məlumat yayıb.

“ABŞ İranın yaxın gələcəkdə İsrailə ballistik raket hücumu etməyə hazırlaşdığına dair məlumatlara malikdir. Biz İsrailə müdafiəyə hazırlaşmaqda yardım edəcəyik”, - materialda qeyd edilib.

Həmçinin bildirilib ki, yəhudi dövlətinə hücum olarsa, İran ciddi nəticələrlə üzləşəcək.(Qafqazinfo)
 

Seçilən
16
28
azreform.info

10Mənbələr