AZ

AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalovun qanunsuz əməlləri


İlk öncə onu qeyd edək ki, QİDA TƏHLÜKƏSİZLİYİ  müasir  dünyada  MİLLİ TƏHLÜKƏSİZLİYİN  ən vacib  sahələrindən biridir.

Bunu nəzərə alan cənab Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. Və Prezidentin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə Agentliyin Əsasnaməsi təsdiq olunub. 

 Təəssüf ki, cənab Prezidentin bu xoşməramlı addımı AQTA-nın bəzi vəzifəli şəxsləri , konkret desək AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəisi Vüqar Zeynalov tərəfindən öz şəxsi maraqlarına  yönəldi. 

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən Regional Bölməsi sahibkarlıq fəaliyyətinə maneələr törədir. 

 

NUH.az-a   bu barədə yerli sahibkarlar bildirib. 

 

Onların sözlərinə görə, regional bölmənin hədəfi xüsusilə kiçik sahibkarlıqla məşğul olanlardır. 

Sahibkarla deyir ki, bölmənin rəisi Vüqar Zeynalovun göstərişi ilə yersiz olaraq sahibkarlar inzibati məsuliyyətə cəlb edilir. 

Lakin müəyyən obyektlər var ki, onlar toxunulmazdır. Vüqar Zeynalovun himayəsi altında olan həmin müəssisələrdə hər hansı yoxlama, reyd aparılmır. 

Bu arada "Quseynoff" şirkətinin də Vüqar Zeynalovun hədəfinə gəldiyi barədə məlumat almışıq. 

Məlumatı dəqiqləşdirmək üçün şirkətin rəhbəri Emin Hüseynovla əlaqə saxlamışıq. 
Emin Hüseynov bu məlumatla yanaşı, sahibkarların iddialarını da təsdiqləyib.

"Faktiki olaraq AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa maneələr törədilir. Konkret olaraq bizimlə bağlı məsələyə gəlincə, "Quseynoff" şirkətinin məhsulları bütün standarlara cavab verir. Biz hələ məhsulları satışa buraxmamışdan əvvəl Vüqar Zeynalov həmin məhsullara baxış keçirib  və heç bir problem aşkarlanmayıb. Buna baxmayaraq, şirkətimiz regional bölmənin hədəfindədir. Mən bundan əvvəl rəhbərlik etdiyim şirkətlərdə  oxşar hallarla üzləşmişəm. Eləcə də "Quseynoff"MMC, daha sonra "DEMONN" MMC ilə qəsdən problem yaradırlar", - deyə Emin Hüseynov bildirib. 

Beləliklə, aydın olur ki, AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi qida təhlükəsizliyi adı altında sahibkarlara qarşı səlib yürüşünə başlayıb. 

Bir neçə gün əvvəl Gəncədə 15 nəfərin, ondan əvvəl isə 105 nəfərin zəhərləndiyi barədə məlumat yayılmışdı. 

AQTA hələ ki, bunun səbəblərini açıqlamayıb. Bu tip məsələləri araşdırmalı olan qurumun regional bölməsi sahibkarların fəaliyyətinə mane olmaqla onları dövlətdən narazı salır.

 


Seçilən
66
6
nuh.az

8Mənbələr