İranın İsrail ərazisinə kütləvi raket hücumu zamanı az sayda itki qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Təl-Əviv təcili yardım xidməti bildirib ki, raket zərbələri nəticəsində yalnız iki nəfər yüngül xəsarət alıb. Daha bir neçə nəfər sığınacaqlara qaçarkən yaralanıb.
Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Raket zərbələri səbəbindən İraq, İordaniya və Livan hava məkanını bağlayıb.