AZ

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir -İsrafil Kərimovun yazısı

31 il əvvəl, 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələritərəfindən Cəbrayıl rayonu işğal edilmişdi. İşğal zamanı rayonun 1 şəhər, 4qəsəbə və 97 kəndi erməni vandalları tərəfində dağıdılmış, nəticədə rayona13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdi. 1050 km2-i əhatəedən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana,132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd, həmçinin 8sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki işğalzamanı vəhşicəsinə dağıdıldı. 52000 nəfər əhali doğma yurd-yuvalarındandidərgin düşərək respublikanın 58 rayonunun 2000-dək yaşayışməntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında vəyataqxanalarda məskunlaşdılar. Müharibə zamanı Cəbrayıl rayonundanQarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil oldu.27 il ərzində Cəbrayıllılar öz döğma yurdlarının həsrəti ilə yaşadılar.Nəhayət ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinhəyata keçirdiyi siyasət öz bəhrəsini verdi. İlk növbədə 2016-cı il AprelDöyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsindəLələtəpə yüksəkliyi işğaldan azad edildi və Cocuq Mərcanlı kəndiAzərbaycan Ordusunun nəzarətinə keçdi. Prezident İlham ƏliyevinSərəncam və tapşırıqları əsasinda Cocuq Mərcanlı kəndi yenidən bərpaedildi, burada yaşayış və iş üçün hər cür şəait yaradıldı, insanlar öz döğmakəndlərinə qayıtmağa başladılar.Nəhayət, 2020-ci il 27 sentyabr tarixində başlanan Vətənmüharibəsinin ilk günlərindən Azərbaycan Ordusu hücuma keçdi, Cəbrayılrayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixindəMehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabrtarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli,Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan vəDecal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisindəaparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonradüşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavəndrayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbiəməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.Cəbrayılın azad edilməsi xəbərini xalqımız düz 27 ilgözləyirdik. Həminaxşam küçələrə axışan insanlar bir-birini təbrik edir, göz yaşlarını saxlayabilmirdi. Bu, sevinc göz yaşları idi. Dörd il bundan əvvəl avqustun 23-nüCəbrayılın işğal günü kimi xatırlayırdıq. Oktyabrın 4-ü isə tariximizə buşəhərin azad olunması günü kimi yazıldı.Dünya birliyi 30 il Azərbaycan torpaqlarının işğalına göz yumdu. BMTTəhlükəsizlik Şurası Erməni silahlı birləşmələrinin Azərbaycantorpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi dörd qətnaməkağız üzərində qaldı. Məsələnin həlli məqsədilə yaradılmış Minsk qrupuproblemin çözülməsinə nəinki kömək etdi, hətta nəticəsiz danışıqları iləvəziyyəti daha da gərginləşdirdi. Öz havadarlarına bel bağlayanErmənistan bütün beynəlxalq sənədləri heçə saydı və uzun illərərazilərimizin 20 faizini işğalda saxladı. Nəhayət, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Azərbaycan BMT qətnamələrinin icrasınıözü təmin etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilərəşadətli ordumuz Şanlı Zəfər tarixini yazdı. Bu Zəfərin ilk səhifələrindənbiri Cəbrayıl şəhərinin azad edilməsi oldu.Düşmən hesab edirdi ki, bu dağıntılardan sonra azərbaycanlılar heçvaxt buraya qayıtmayacaq. Yurd yerlərimizi də elə o məqsədlə dağıdıbviran qoydular. Amma yanıldılar. Bu qələbə təkcə Azərbaycanın ərazibütövlüyünün bərpası demək deyil, bu, Xeyirlə Şərin mübarizəsidir. Bumübarizədə Şər qüvvələri məğlub oldu, biz qalib gəldik. Çünki Azərbaycanxalqı qurub yaradan xalqdır, ermənilər isə yıxıb-dağıdan. “Dəmir yumruq”düşmənin belini elə qırdı ki, o, bir də çətin ayağa qalxa.2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev vəxanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldilər.Prezident İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərinkörpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisindəyerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi vəMüzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycanbayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.Bu yerlərə həyat yenidən qayıdır. Şuşada, Ağdamda, digər azad edilənərazilərdə böyük quruculuq işləri gedir, Zəngilanda “ağıllı kənd” layihəsiuğurla həyata keçirilir, Cəbrayılın bərpasına başlanılıb. Cəbrayılyarımstansiyasının istifadəyə verilməsi ilə rayonunn elektrik təchizatınınartıq demək olar ki, bütün işləri görülüb. Hazırda Cəbrayıla 4-6 zolaqlı yolçəkilir. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçənZəngəzur dəhlizindən istifadə edəcəklər. Rayonun bütün kəndlərinintədricən bərpa edilməsi proqramı da təsdiq edilib. Cəbrayıl rayonunda 240meqavat gücə malik elektrik enerjisi stansiyasının inşasına başlanılıb.Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati vəictimai binalar, məktəblər, tibb ocaqları yaradılır, tam yeni infrastrukturqurulur. Küçələr, parklar, xiyabanlar salınır, qələbə abidələri ucaldılır.Sevindirici haldır ki, artıq azad Cəbrayıla keşmiş məcburuköçkünlərin qayıdışı başlanıb. Prezident İlham Əliyevin tapşırığınauyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair IDövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə,respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pionerdüşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı məhz 4 oktyabr -Cəbrayıl şəhəri günü ərəfəsində baş tutub. 2024-cü il sentyabrın 30-daCəbrayıl şəhərinə 123 nəfərdən ibarət 40 ailə köçürülüb. Beləliklə,indiyədək Cəbrayıl şəhərinə 117 ailənin, yəni 364 nəfərin daimiməskunlaşması təmin edilib. bu işlər böyük sürətlə davam edir.İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvüDia-az.Media

Seçilən
25
9
dia-az.info

10Mənbələr