AZ

Braziliya prezidentinin təyyarəsi təcili eniş etdi

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın təyyarəsi bir neçə saat əvvəl yola düşdükdən sonra Mexikoda təcili eniş edib.

Publika.az xəbər verir ki, Latın Amerikası ölkəsinin hökuməti bu barədə İnstaqramda məlumat verib.

“Prezident Luiz İnasio Lula da Silva və Braziliya nümayəndə heyətinin bir hissəsini daşıyan təyyarə texniki nasazlığın müəyyən edilməsindən sonra təhlükəsiz şəkildə Meksikaya eniş edib”, - məlumatda bildirilib.

Uçuş izləmə xidmətlərinin məlumatına görə, dövlət başçısını aparan təyyarə 4 saat 58 dəqiqə Meksika ştatının səmasında olub.

Seçilən
38
2
publika.az

7Mənbələr