Oktyabrın 1-i Şəmkir rayonunun Mahmudlu kəndində bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, kənd sakini i İ. Abbasov qətlə yetirilib. Onun ölümünə görə həmkəndlisi A. Abbasov saxlanılıb.
Redaktor.az xəbər verir ki, hadisə axşam saat 20 radələrində baş verib. Öldürülən yeniyetmə 2008-ci il təvəllüdlüdür. O, Şəmkir rayon Mahmudlu kənd məktəbinin şagirdidir. 2007-ci il təvəllüdlü yeniyetmə onu ürək nahiyəsindən bıçaqlayıb. Məktəbli hadisə yerində həyatını itirib. Saxlanılan şəxsin peşə liseyinin tələbəsi olub.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir (modern.az).