AZ

Bu istiqamətdə əlavə qatar reysləri olacaq

Azərbaycan Dəmir Yolları  (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 5 və 6 oktyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər etmək mümkündür.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az), “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.


Seçilən
3
49
qafqazinfo.az

10Mənbələr