AZ

Alimlər Hunqa Tonqa vulkanının güclü püskürməsinin səbəbini tapıb

Avstraliya Milli Universitetinin alimləri qrupu 2022-ci ilin yanvarında Sakit okeanda Hunqa Tonqa vulkanının kütləvi sualtı püskürməsinə səbəb olan əsas hadisəni müəyyən ediblər...

Poliqon xəbər verir ki, tədqiqat Geophysical Research Letters (GRL) elmi jurnalında dərc olunub.

İndiyədək fəlakətli hadisənin səbəbi elmi ictimaiyyət üçün sirr olaraq qalırdı. Yeni araşdırmada tədqiqatçılar püskürmənin seysmik qeydlərini təhlil edərək, onun fiziki mexanizmini deşifrə ediblər.

Nəticələr göstərir ki, hadisəyə səbəb yeraltı partlayış olub, görünür, süxurun sıxılması nəticəsində baş verib. Onun gücü Şimali Koreyanın 2017-ci ildə sınaqlar zamanı partlatdığı beş nüvə silahının ümumi enerjisinə bərabər olub.

"Bizim modelimiz belə qənaətə gəlir ki, hadisə qazla sıxılmış süxurun dayaz dənizin altında, sanki həddən artıq qızmış təzyiqli sobada ilişib qalması nəticəsində baş verib", deyə məqalənin müəllifləri izah ediblər.

Mütəxəssislər qeyd ediblər ki, şok dalğası atmosferə çoxlu miqdarda su buraxıb və sunaminin hündürlüyünü 45 metrə çatdırıb. Seysmoloqlar deyirlər ki, vulkanik fəaliyyət sahələrində qazların və mikroseysmikliyin monitorinqi gələcək oxşar püskürmələrə daha yaxşı hazırlaşmaqda kömək etməlidir.

Poliqon.info

Seçilən
27
poliqon.info

1Mənbələr