AZ

Zurabişvili bu qanunu imzalamaqdan imtina etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə LGBT-nin təbliğini qadağan edən qanunu imzalamaqdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan liderinin administrasiyasında mənbəyə istinadən TASS yayıb. 

Bununla belə, Zurabişvili sözügedən qanuna veto qoymayıb və parlamentə geri göndərib. Mənbənin sözlərinə görə, ölkə qanunvericiliyində bu cür prosedur mövcuddur. 

Belə ki, Gürcüstan qanunvericiliyinə əsasən, prezident qanunu imzalamaqdan imtina edirsə və ona veto qoymursa, sənədi parlamentin spikeri imzalayır. 

Xatırladaq ki, sentyabrın 17-də Gürcüstan parlamenti həmin qanunu üçüncü oxunuşda qəbul edib. Ölkənin hakim “Gürcü arzusu” partiyası tərəfindən təklif edilən bu qanun ölkədə LGBT-nin təbliğini, eynicinslilərin nikahını, cinsin dəyişdirilməsini, eləcə də eynicinsli münasibətləri təbliğ edən tədbirlərin keçirilməsinin qadağan edilməsini nəzərdə tutur.

Seçilən
528
4
qafqazinfo.az

5Mənbələr