AZ

Rizvan Nəbiyev: "Azərbaycan güclü parlament diplomatiyası həyata keçirir"

Milli Məclisinin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” tədbirində çıxış edib.

İqtisadiyyat.az xəbər verir ki, o, “Parlament diplomatiyası və beyin mərkəzləri icması” adlı paneldə Vətən müharibəsindən sonra yaranmış və beynəlxalq hüquqa əsaslanan yeni geosiyasi reallıqların şərtləndirdiyi parlament diplomatiyası, ideoloji təhlükəsizliyin təmi olunması işində MM-in fəaliyyəti və AR Prezidentinin bu sahədə tövsiyyələri və tapşırıqları, informasiya təhlükəsizliyi, ictimai diplomatiyanın aparılmasında beyin mərkəzlərinin rolu və vəzifələri barədə məruzə edib.

Millət vəkili bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qalib dövlət kimi təqdimatı çərçivəsində xarici siyasətin parlament ölçüsü sahəsində də postmüharibə dövrünün (geosiyasi) reallıqlarının təbliği aparılır:

 "Ölkəmizin milli maraqlarına xidmət edən önləyici tədbirlərin keçirilməsi intensivləşdirilmişdir. Biz artıq özünümüdafiə və təkzib xarakterli fəaliyyətlərlə kifayətlənmirik. Ölkəmizin beynəlxalq aləmdə imici və ona baxışla əlaqəli məsələlərlə bağlı təbliğat və təşviqat hücum diplomatiyasının mühüm elementi kimi formalaşdırılır. Məsələnin praktik misallarla izahı məqsədi ilə Altıncı çağırış Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində apardığı çoxşaxəli fəaliyyətdən qısa statistikanı diqqətinizə təqdim etmək istərdim.

2020-2024-cü illərdə deputatların 80-dən çox ölkəyə 1200-dən artıq səfəri həyata keçirilmişdir. Milli Məclis Sədrinin iki və çoxtərəfli formatda görüşlərdə iştirak məqsədi ilə 70 ölkəyə etdiyi rəsmi və işgüzar səfərlər parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Bu dövr ərzində Milli Məclis 96 dövlətin və 42 beynəlxalq təşkilatın iştirakı ilə 30 beynəlxalq tədbirə ev sahibliyi etmişdir. 

İkitərəfli parlamentlərarsı əlaqələrin inkişafı məqsədi ilə Altıncı çağırış Milli Məclisin fəaliyyəti dövründə 103 parlamentlərarası işçi qrupları yaradılmışdır. Hazırda Milli Məclis 2021-ci ilin noyabrında yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə, Asiya Parlament Assambleyasına və Türk Dövlətlərinin Parlament Assambleyasına sədrlik edir".

Seçilən
16
iqtisadiyyat.az

1Mənbələr