AZ

Dünən məcburi eniş edən təyyarələr təyinat məntəqələrinə yola düşüb

Ötən gün Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş həyata keçirən aviaşirkətlərin təyyarələri artıq gecə saatlarında təyinat məntəqələrinə yola düşüblər.

 

Senzor.az bildirir ki, bu barədə Aeroportun mətbuat xidmətindən məlumat verilib. 

 

Məlumata görə, Bakı aeroportunda bütün uçuşlar ştat rejimində yerinə yetirilir.

 

Qeyd edək ki, dünən İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkətlərin təyyarələri Bakı aeroportuna təcili eniş etmişdilər.

Seçilən
20
6
senzor.az

8Mənbələr