AZ

X Bakı Beynəlxalq Kitab Sərgisində “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub

X

Bakı, 2 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 2-də Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əhəd Canəhmədov kitabın ərsəyə gəlməsindən danışıb. Bildirib ki, kitabda keçən əsrin intellektual nailiyyətlərinin təsiri ilə yaşadığımız kainat haqqında ən fundamental fikirlərimizin necə dəyişdiyini özünə xas üslubda açıqlayıb.

Əhəd Canəhmədov diqqətə çatdırıb ki, kitab kainat, zaman, məkan və yaranış haqqında mühəndislik fəlsəfəsi yanaşmasından düşüncələrinin və araşdırmalarının məhsuludur, həmçinin traktat kainatı izah etmək üçün müasir elmi biliyin necə yaranmasına və inkişaf etməsinə dair uzunmüddətli fundamental araşdırmaların nəticəsidir.

Sonra Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin baş direktoru akademik Natiq Cavadov, Milli Aviasiya Akademiyası İstehsalat Birliyinin baş direktoru Kamal Əsgərov, akademiyanın Nəqliyyat texnologiyaları fakültəsinin dekanı dosent Nazim Nağıyev və digər çıxış edənlər kitabla bağlı təəssüratlarını bölüşüblər. Onlar, həmçinin kitabın əhəmiyyətindın danışıb, müəllifə yeni nailiyyətlər arzulayıblar.

Kitabın elmi redaktoru Beynəlxalq Mühəndislik Akademiyasının prezidenti, SSR və Rusiya Federasiyasının Dövlət mükafatları laureatı, akademik Boris Qusev, rəyçisi isə Bakı Slavyan Universitetinin fəlsəfə elmləri doktoru, professor Cahangir Məmmədovdur. Kitab “Apostrof-A”, nəşriyyatında çap olunub.

Sonra tədbir müzakirələrlə davam edib.

Daha sonra müəllifin imza sessiyası keçirilib.

Seçilən
23
azertag.az

1Mənbələr