AZ

Gürcüstan prezidenti qalmaqallı qanuna “veto” qoydu

Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin LGBT haqları barədə yeni qanununu imzalamaqdan imtina edib.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyası məlumat yayıb.

Ölkənin konstitusiyasına əsasən, prezident qanun layihəsinə veto qoyarsa, o zaman sənəd Milli Məclisə göndərilir. Sonrakı 5 gün müddətində isə parlamentin sədri həmin sənədi imzalamalıdır.

Gürcü Arzusu LGBT haqqında qanunu sentyabrın 17-də qəbul edib. Qanuna əsasən, Gürcüstanda cinsin dəyişdirilməsi, eləcə LGBT fəaliyyəti ilə bağlı digər məsələlər sərt şəkildə qadağan edilib.

Qərb ölkələri hakim partiyanın qəbul etdiyi qanunu kəskin tənqid ediblər.


Seçilən
23
news24.az

1Mənbələr