AZ

İtkin düşmüş şəxslərə həsr edilmiş beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib

Bakı. Trend:

Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq QızılXaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüşşəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnundəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransınsessiyalarından sonra yekun bəyanat qəbul edilib.

Trend xəbər verir ki,bəyanatda silahlı münaqişə tərəfləri bütün mövcud məlumatları, ocümlədən dəfn yerlərinin xəritəsini və itkin düşmüş şəxslərlə bağlıhər hansı mövcud məlumatları paylaşmağa çağırılıb.

Həmçinin, beynəlxalq təşkilatlar xüsusi mexanizmlərinyaradılması üçün müvafiq qətnamələr qəbul etməklə silahlımünaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyininaydınlaşdırılmasına kömək göstərməyə dəvət edilib.

Eyni zamanda, bu tədbirin yüksək səviyyədə təşkilinə,müzakirələrin aparılmasına dəyərli imkan yaratdığına görəAzərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüşvətəndaşlarla əlaqədar Dövlət Komissiyasına minnətdarlıqbildirilib.

Seçilən
32
8
az.trend.az

9Mənbələr