AZ

Rusiyadakı azərbaycanlı avtoritetlərin yeni rəhbəri MƏLUM OLDU - GÖRÜN KİM SEÇİLDİ

Rusiyadakı azərbaycanlı kriminal klanlara yeni lideri təyin olunub. O, "qanuni oğru” Zaur Şipilovdur (Zaur Naxçıvanski) və onun namizədliyini 1 nömrəli “qanuni oğru” Zaxar Kalaşov (Şakro Molodoy) tam dəstəkləyib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, kriminal liderlər Rövşən Caniyevin (Lənkəranski), daha sonra isə Nadir Səlifovun (Lotu Quli) ölümündən sonra Rusiyada azərbaycanlı kriminal qruplaşmaların rəhbərliyi bir müddət boş qaldı. “Kriminal general” Ülfət Tağıyev (Rufo) azadlığa çıxandan sonra Rusiya Federasiyasında Azərbaycan mafiyasının başçısı o oldu. O, həmin vaxt azadlıqda olan 1 nömrəli “qanuni oğru” Badri Kutaiiskinin (Koquaşvili) dəstəyini alıb. Hətta Rusiya hakimiyyəti Tağıyevin Rusiyaya girişini ömürlük qadağan etmək qərarına gələndə belə, Badri Rufonun Rusiyaya qayıtmasından ötrü FSB ilə danışıqlar apara bilib.

Mart ayında o, Koquaşvilinin 60 illik yubileyində iştirak edib. Sonra Zaxar Kalaşov cəzaçəkmə müəssisəsindən buraxılıb. Qısa fasilədən sonra Badri Rufonun gələcəyi barədə Kalaşovdan soruşub və cavab mənfi olub. Belə ki, “Şakro Molodoy” qəti şəkildə deyib ki, onlarında yanında Rufo olmamalıdır. Bunun ardınca Tağıyev həbs təhlükəsi ilə tələsik Rusiya Federasiyasını tərk edib və indi Misirdə yaşayırŞakro azərbaycanlı kriminal klanların idarəçiliyinə hələ “Ded Xasan”ın vaxtında özünü sübut edən “qanuni oğru” Vaqif Süleymanovu irəli sürmək istəyib. Amma Badri onu inandırıb ki, Rusiya Federasiyasındakı Azərbaycan mafiyasının liderini əvəz etmək üçün daha gənc və ağıllı adam lazımdır. Nəticədə “Şakro” Zaur Şipilovun namizədliyini təsdiqləyib və bu vəziyyətdə Badri də uduzmayıb.

Zaur Şipilov 2006-cı ildə Moskvada “qanuni oğru” Hikmət Muxtarov (Lotu Hikmət) ilə birlikdə qətlə yetirilən avtoritet Bayram Talıbovun oğludur.

Seçilən
65
2
bizimshow.az

10Mənbələr