AZ

Qrossi yaxın gələcəkdə Putinlə görüşəcəyinə “tam əmindir”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyinə “demək olar ki, əmindir”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, RİA Novosti-yə bildirib.

“Biz rusiyalı həmkarlarımla birlikdə bunu [görüşün] nə vaxt keçiriləcəyini müəyyənləşdirəcəyik”, – deyə o vurğulayıb. 

MAQATE rəhbəri diqqəti ona yönəldib ki, ölkə başçıları ilə görüşlər yaxşı planlaşdırılmalı və mühüm məqamlara cavab verməlidir.

Qrossi daha əvvəl Kursk AES yaxınlığında hərbi fəaliyyətə münasibət bildirərək, bunun nüvə və fiziki təhlükəsizlik üçün ciddi risk yaratdığını vurğulayıb.

Seçilən
40
nocomment.az

1Mənbələr