AZ

Livanın XİN: Nəsrullah ölümü ərəfəsində İsraillə atəşkəsə razılaşmışdı...

Livanın xarici işlər naziri Abdullah Bu Həbib Livanın “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın ölümündən bir müddət əvvəl İsraillə atəşkəsə razılaşdığını bildirib...

Poliqon xəbər verir ki, Abdullah Bu Həbib bu barədə CNN telekanalında danışıb. XİN rəhbəri bildirib ki Livan tərəfi “Hizbullah”, eləcə də Livan parlamentinin sədri Nəbih Berri ilə məsləhətləşmələrdən sonra bu qərarı təsdiqləyib. Həbibin sözlərinə görə, Livan rəhbərliyi bu barədə ABŞ və Fransanı məlumatlandırıb.

Qeyd edək ki, “Hizbullah”ın baş katibi sentyabrın 27-də İsrailin hərəkatın Beyrutdakı mərkəzi qərargahına endirdiyi hava zərbəsi nəticəsində öldürülüb. Baş katibin öldürülməsinə cavab olaraq İran oktyabrın 1-də İsrailə 180-ə yaxın raket zərbəsi endirib. Raketin düşməsi nəticəsində bir nəfər ölüb. İsrail həmçinin “vaxtını seçəcəyini” və İranı raket hücumuna “cavab” ilə təəccübləndirəcəyini vəd edib.

“Reuters”in məlumatına görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei Həsən Nəsrullaha İsrailin baş katibi aradan qaldırmaq planları barədə xəbərdarlıq edib. Agentlik qeyd edib ki, Əli Xamneyi Nəsrullaha Livanı tərk edərək İrana getməyi tövsiyə edib.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr