AZ

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bakı. Trend:

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür.

Trend-inməlumatına görə, Əliyar Əliyev 14 dekabr 1957-ci ildə Qubadlırayonunun Qəzyan kəndində dünyaya gəlib. O, 1975-ci ildənAzərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb və1979-cu ildə fərqlənmə diplomu ilə məzun olub. Daha sonra birmüddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idmanmüəllimi olaraq çalışıb. 1980-1982-ci illərdə isə hərbi xidmətdəolub.

Əliyar Əliyev, respublikanın tanınmış idmançılarından biri kimi,klassik güləşdə bir çox respublika, ümumittifaq və beynəlxalqyarışların qalibi olmuşdur. Onun səkkiz yetirməsi respublika vəSSRİ çempionu, bir nəfəri isə Olimpiya yığma komandasının üzvüolub.

Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayanda, ƏliyarƏliyev cəbhəyə könüllü gedənlərdən biri olub. Tabor komandiriolaraq, dəfələrlə düşmənə ağır zərbələr endirib.

1992-ci ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğalaltındakı Laçın kəndlərini 4 gün ərzində azad etməyə böyük yardımedib.

Əliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının 2kilometrliyində baş verib. “Tikanlı zəmi” yüksəkliyi uğrundadöyüşdə qəhrəmancasına şəhid olub.

O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn edilib. Azərbaycanprezidenti tərəfindən ölümündən sonra Milli Qəhrəman fəxri adı ilətəltif olunub.

Aliyar Əliyevin tələbələrindən biri olan general-mayor MaisBərxudarov, Milli Qəhrəmanın ruhunu şad etmək məqsədilə Qubadlıyaüçrəngli bayraq sancacağını bildirmişdi. Bu bayraq 25 oktyabrdaQubadlıya sancıldı, həmin gün Qubadlı 27 ildən sonra işğaldan azadedildi.

Qubadlı işğaldan azad edildikdən sonra, Əliyar Əliyevinqəbirüstü abidəsi bərpa edilib.

Seçilən
50
2
az.trend.az

10Mənbələr