Bu gün UEFA Çempionlar Liqasında II turun növbəti oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, “Feyenoord” İspaniyada “Jirona”nı məğlub edib. “Atalanta” isə “Şaxtyor”dan üstün olub.
Madrid “Real”ı Fransada “Lill”ə uduzub.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, II tur
2 oktyabr
Jirona (İspaniya) – Feyenoord (Niderland) 2:3
Qollar: D.Lopes, 19, D.van de Bek, 74 – Y.Herrera, 23 (avtoqol), A.Milambo, 33, L.Krejçi, 79 (avtoqol)
Şaxtyor (Ukrayna) – Atalanta (İtaliya) 0:3
Qollar: B.Cimsiti, 21, A.Lukman, 44, R.Bellanova, 48
Aston Villa (İngiltərə) – Bavariya (Almaniya) 1:0
Qol: C.Duran, 79
Benfika (Portuqaliya) – Atletiko (İspaniya) 4:0
Qollar: K.Aktürkoğlu, 13, A.Di Mariya, 52, (pen.) A.Bax, 75, O.Kökçü, 84 (pen.)
Dinamo (Zaqreb) – Monako (Fransa) 2:2
Qollar: P.Susiç, 45+3, M.Baturina, 66 – M.Salisu, 74, D.Zakaria, 90 (pen.)
Lill (Fransa) – Real (İspaniya) 1:0
Qol: C.Devid, 45+3 (pen.)
Liverpul (İngiltərə) – Bolonya (İtaliya) 2:0
Qollar: A.Mak-Allister, 11, M.Salah, 75
Leypsiq (Almaniya) – Yuventus (İtaliya) 2:3
Qollar: B.Sesko, 30, 65 (pen.) – D.Vlahoviç, 50, 68, F.Konseysau, 82
Şturm (Avstriya) – Brügge (Belçika) 0:1
Qol: Ç.Tzolis, 23