AZ

İsrail ordusu Livanda verdiyi itkiləri açıqladı - İLK DƏFƏ

İsrail ordusu Livanda keçirdiyi əməliyyat zamanı 8 hərbçinin həlak olduğunu açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti İsrail ordusuna istinadən yazıb.

 

Bildirilir ki, ölənlərdən üçü kapitan, üçü çavuş, ikisi isə baş çavuşdur. “Egoz” xüsusi təyinatlılarının bir zabiti və dörd əsgəri, “Qolani” briqadasının kəşfiyyat dəstəsinin sıravi əsgəri isə yaralanıb, onların vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, Qəzza zolağında əməliyyatların başlamasından bu yana İsrail ordusu 346 hərbçisini itirib.

 

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda hücum əməliyyatına başladığını elan edib. Əməliyyat “Şimal oxları” adlanırıb. Beyrut və ətraf rayonları kütləvi hücumlara məruz qalıb. O vaxtdan bəri İsrail ordusu ondan çox Hizbullah döyüşçüsü və komandirinin öldürüldüyünü bildirib.

 

Oktyabrın 1-nə keçən gecə İsrail hərbçiləri Livanda məhdud quru əməliyyatına başladığını elan edib, əməliyyatın məqsədi sərhəddə silahlıların mövqelərini məhv etməkdir. Livanın Səhiyyə Nazirliyinin məlumatına görə, son iki həftə ərzində İsrailin zərbələri nəticəsində 1030 nəfər ölüb, 6300-dən çox insan yaralanıb.

Seçilən
21
50
modern.az

10Mənbələr