AZ

ABB-nin kredit portfeli 800 milyon manat artıb - Yarısı fiziki şəxslərdədir – YENİ RƏQƏMLƏR

Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı- ABB-nin kredit portfelinin yarısı fiziki şəxslərin payına düşür.

FED.az xəbər verir ki, bu barədə bankın 2024-cü ilin birinci yarısı üzrə konsolidasiya olunmuş hesabatında bildirilir.

Hesabata əsasən 30 iyun tarixinə «ABB Bank» Qrupun kredit portfeli ümumilikdə 5 milyard 874 milyon manat təşkil edir. Bu ilin əvvəlinə nisbətən 783 milyon manat artıqdır.

Kredit portfeli hüquqi və fiziki şəxslər arasında demək olar ki, eyni məbləğdə bölünüb – kreditlərin 2 milyarod 936 milyon manatı hüquqi şəxslərin, 2 milyard 938 milyon manatı isə fiziki şəxslərin payına düşür.

İlin əvvəlindən bəri hüquqi şəxslərə verilən kreditlər 375 milyon manat, fiziki şəxslərə evrilən kreditlər isə 408 milyon manat artıb.

Seçilən
36
fed.az

1Mənbələr