AZ

Rusiya Ukraynalı əsirləri kütləvi şəkildə edam edib

ABŞ Dövlət Departamenti ruslar tərəfindən ukraynalı məhbusların kütləvi şəkildə edam edilməsi ilə bağlı xəbərlərə reaksiya verib...

Poliqon xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, ABŞ Ukraynanın bu hərbi cinayəti araşdırmasını məqsədəuyğun hesab edir.

"Biz bu xəbərləri gördük (ukraynalı əsirlərin ruslar tərəfindən güllələnməsi ilə bağlı-red). Bunu təsdiq edəcək müstəqil məlumatım yoxdur, amma hesab edirəm ki, Ukraynanın araşdırma aparması məqsədəuyğundur", deyə Miller bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, işğalın əvvəlindən Rusiya dəhşətli əməllər törədir.

Qeyd edək ki, Rusiya hərbçilərinin Ukraynada növbəti hərbi cinayəti barədə xəbər yayılıb. Ötən gün ruslar Pokrovski istiqamətində 16 ukraynalı hərbi əsiri öldürüblər.

2024-cü il oktyabrın 1-də günortadan sonra bir sıra "Telegram" kanallarında Rusiya Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən 16 ukraynalı hərbçinin güllələnməsini əks etdirən video yayımlanıb. Ruslar Pokrovski rayonunun Mykolayivka və Suxıyar kəndləri ərazisində hərbi cinayət törədiblər.

Poliqon.info

Seçilən
26
9
poliqon.info

10Mənbələr