AZ

Ekspertdən çağırış – Bu barədə ciddi düşünülməlidir

“Hər bir valideyn uşaqlarını məktəbə oxumağa, inkişaf etməyə, dostluqlar və həyat bacarıqları qazanmağa göndərir. Məktəb cəmiyyətimizin gələcəyini formalaşdıran, bilik və dəyərlər aşılamağa çalışan müqəddəs bir məkandır. Lakin son vaxtlar məktəblərdən gələn acı xəbərlər, xüsusilə şagirdlər arasında baş verən bıçaqlanma hadisələri, bizi dərin düşünməyə və tədbirlər görməyə vadar edir”.

KONKRET.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov vurğulayıb.

Ekspert qeyd edib ki, uşaqların psixoloji sağlamlığı və sosial mühitə uyğunlaşması üzərində daha çox işləmək lazımdır:

“Müasir dövrdə bəzi neqativ təsirlər, xüsusilə internet, sosial şəbəkələr və televiziyalar uşaqların davranışlarını ciddi şəkildə formalaşdırır. Bu platformalar bəzən zorakılığı adi və normal bir hal kimi göstərir, bu da gənclərin düşüncələrinə mənfi təsir edir. Məktəblərimiz yalnız bilik ocaqları deyil, həm də sosial bacarıqların və empatiyanın öyrədildiyi mərkəzlər olmalıdır. Şagirdlərə problemlərin dialoq və anlaşma yolu ilə həll olunmasının vacibliyi aşılanmalı, zorakılığın heç bir halda qəbul edilməz olduğu öyrədilməlidir”.

O bildirib ki, uşaqların həyatında müsabət təsirlər yaratmalıyıq:

“Valideynlər, müəllimlər və cəmiyyət olaraq hər birimiz uşaqlarımızın həyatında birgə və müsbət təsir yaratmalıyıq. Onları sevgi, anlayış və dəstək mühitində böyüdərək, sağlam, məsuliyyətli və empatiya dolu gənclər kimi formalaşdırmaq üçün çalışmalıyıq. Məktəblər yenidən bilik, dostluq və sevgi dolu məkanlar olaraq qalmalı, uşaqların təhlükəsizliyi və rifahı hər şeydən üstün olmalıdır”.

Məlik,

KONKRET.az

Seçilən
56
konkret.az

1Mənbələr