AZ

Bakı-Balakən istiqamətində qatar reysi dayandırılıb - Ekspert "Monopoliyanı saxlayırlarsa, onda..." deyir

"Qatar və avtobusların sərnişindaşımada istifadəsi məqsədilə marşrutların açılması üçün əvvəlcədən təhlillər aparılmalıdır. Bu təhlillər əsasında hansı istiqamətdə iqtisadi səmərəlilik varsa, həmin istiqamətdə reyslərin açılması, yaxud avtobus sayının artırılması barədə qərar qəbul edilir. Bakı-Balakən istiqamətində qatarların fəaliyyətinin niyə dayanması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə müzakirə olunmalıdır. Hesab edirəm, Balakən uzaq rayondur və bu istiqamətdə sərnişindaşımalar kifayət qədər baha həyata keçirilir. Yəni xüsusi maşınlar, özəl şirkət avtobusları ilə daşımalar xeyli bahadır. Yerli əhali də bu istiqamətdə aktiv olmalıdır. Bu gün Balakənə kiçik avtomobillərlə, yaxud mikroavtobuslarla 25-30 manata gedirlərsə, qatarla 15 manata gedib-gələ bilərlər. Qazaxa açılan sürət qatarının biri də Balakənə açıla və ucuz qiymətə sərnişinləri daşıya bilər. "Azərbaycan Dəmir Yolları" QSC dövlətin şirkəti olduğuna görə bütün məsələləri iqtisadi səmərəlilik baxımından qiymətləndirməməlidir. ADY-nin monopoliyasına son qoyulmalıdır".

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Akif

Seçilən
12
1
mia.az

3Mənbələr