Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətisəlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinintəmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davametdirir.
Trend xəbər verir ki, bu barədə FövqəladəHallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Samuxrayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yəməxsus dəri emalı sexində yoxlama zamanı yanğın təhlükəsizliyisahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanlarıninsan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakmaraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının QuraşdırılmasıQaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təminolunmayıb;
- təxliyə planı mövcud deyil və insanların təxliyəsi üçün“Çıxış” sözü yazılmış işıqlı göstəricilər təmin edilməyib;
- taxta konstruksiyalı elementlər odadavamlı məhlullahopdurulmayıb;
- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan RespublikasınınQanununa uyğun olaraq sığorta edilməyib;
- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsizamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilərazılaşdırılmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişSamux rayonu, Sərkar kəndində yerləşən “Akyol İnternational” MMC-yəməxsus dəri emalı sexinin fəaliyyətinin dayandırılması barədə Qərarqəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdimedilib.