AZ

Bakıda “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Afrikada Fransanın Neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfrans öz işinə başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublika, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.

Konfransda iştirak edən şəxslərdən biri də Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən olan Kemi Seba adlı tanınmış aktivistdir. Kemi Séba uzun illərdir Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
8
20
milli.az

10Mənbələr