AZ

Messi karyerasında 46-cı kubokunu qazandı

"İnter Mayami"nin ulduzu argentinalı hücumçusu Lionel Messi "Kolumbus Kryu" ilə matçda dubl edərək komandasını 3:2 hesabı ilə qalib gələrək MLS liqasının qalibi edib.

90deqiqe.Az-ın məlumatına görə, Xerardo Martinonun rəhbərlik etdiyi Mayami klubu mövsümün bitməsinə 2 tur qalmış ABŞ çempionu olub.

37 yaşlı futbolçu peşəkar karyerasında 46-cı kubokunu qazanıb. Keçən il Messi "İnter Mayami" ilə Liqa Kubokunu qazana bilmişdi.

Bundan əvvəl argentinalı PSJ və “Barselona”da klub səviyyəsində çıxış edib.

Xatırlayaq ki, Messinin klub səviyyəsində qazandığı qələbələrlə yanaşı, Argentina millisinin tərkibində titulları da var. 2022-ci ildə forvard Dünya Kubokunun qalibi olub

Seçilən
19
90deqiqe.az

1Mənbələr