Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Son illərdə nəm salfetkaların qlobal bazarı sürətlə genişlənir. Banco.az “Grand View Research”ə istinadla xəbər verir ki, 2020-ci ildə bu bazarın dəyəri təxminən 18 milyard ABŞ dolları olub, 2021-2026-cı illərdə isə bu rəqəmin hər il 5-6% artacağı proqnozlaşdırılır. Bu artımın nəticəsində 2026-cı il üçün bazarın dəyəri 25-30 milyard ABŞ dollarına çatacaq.
Nəm salfetkaların bazarının əsas seqmentləri aşağıdakı kimidir:
- Körpə salfetkaları: Bu kateqoriya bazarın ən böyük hissəsini təşkil edir. 2020-ci ildə qlobal bazarın təxminən 40-45%-ni körpə salfetkaları təşkil edirdi. Valideynlər arasında yüksək tələbat bu məhsulun populyarlığını artırır.
- Şəxsi gigiyena və kosmetik salfetkalar: Xüsusilə makiyaj təmizləyici və antibakterial salfetkalar geniş yayılıb. Pandemiya dövründə bu məhsullara olan tələbat artıb.
- Antibakterial və dezinfeksiyaedici salfetkalar: COVID-19 pandemiyası zamanı bu məhsulların satışı əhəmiyyətli dərəcədə artdı.Xüsusəndə xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə bu salfetkalar geniş istifadə edilir.
Coğrafi bölgələr üzrə satış