Bakıda evdən oğurluğa görə 3 nəfər saxlanılıb
Bakıda evdən oğurluq edilib. 1news.az DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evdən südçəkən aparat və 3 ədəd samovar olmaqla ümumilikdə 8000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 36 yaşlı A.Kərəmov, 43 yaşlı M.Məmmədov və 46 yaşlı E.Kərimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.