Livan rəsmiləri hücumda azı altı nəfərin öldüyünü bildirib.
QHT.az xəbər verir ki, oktyabrın 3-ü səhər saatlarında İsrail Livanın paytaxtı Beyrutun mərkəzinə hücum edib. Livan səlahiyyətliləri ən azı altı nəfərin öldüyünü bildirir. İsrail ordusu Livanın paytaxtına dəqiq hava zərbəsi endirib. Hədəf Beyrutun mərkəzi bölgəsində, parlament və hökumətə yaxın bina olub.
Hücum nəticəsində azı 6 nəfər ölüb, daha 7 nəfər yaralanıb.Bundan əlavə, ötən həftə Hizbullah lideri Həsən Nəsrullahın öldürüldüyü Dahiyə ətrafına üç raket atılıb. Lakin Hizbullah Livan ərazisində İsrail qoşunları ilə döyüşə girdiyini və Marun ər-Ras sərhəd şəhəri yaxınlığında İDF-nin üç tankını məhv etdiyini bildirib.
Pərvanə Fərhadqızı