Türk dövlətləri arasında strateji münasibətlər son illər daha dərinləşməkdədir. Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi 45 milyard dollardan çoxdur.
Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır
TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadçı-ekspert, MM-in deputatı Vüqar Bayramov bildirib.
O diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanın TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi 8 milyard 208 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 23,7 faiz çox olub.
Türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı
"Ümumilikdə, ötən il təşkilata üzv ölkələrlə aparılan idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyəsinin 16 faizinə bərabər olub.
Türk dövlətləri iqtisadiyyatlarının son illər daha da güclənməsi müşahidə olunmaqdadır. Türk dövlətlərinin nominal ÜDM-i 1,4 trilyon dollardır. Alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Bu o deməkdir ki, əgər türk dövlətləri vahid dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı", - deyə deputat vurğulayıb.
JASMİN