Türkiyənin ixracatı 193 milyard dollara çatıb.
Türkiyənin ticarət naziri Ömər Bolat 2024-cü ilin sentyabr ayı xarici ticarət məlumatlarını açıqlayıb.
İlin 9 ayında ixracat əvvəlki ilin eyni dövrünə görə 3,2 faiz artaraq 193 milyard dollara, idxal isə 7,9 faiz azalaraq 253 milyard dollar olub.
Nazir Ö.Bolat "Xarici ticarət kəsiri 2024-cü ilin 9 ayında 2023-cü ilin eyni dövrünə görə 31,5 faiz azalaraq 87,7 milyard dollardan 60,1 milyard dollara düşüb" deyib.