AZ

Husilər İsrailin Yaffa şəhərini hədəf aldı

Yəməndəki husilər İsrailin paytaxtı Təl-Əviv yaxınlığındakı Yaffa şəhərinə hücum etdiklərini açıqlayıblar.
Husilərin sözçüsü Yəhya əs-Seri yayımladığı videomüraciətdə Yaffa şəhərini pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını açıqlayıb.

Məlumatda qeyd olunub ki, İsrail hücumun qarşısını ala bilməyib. Yəhya əs-Seri məqsədlərinə nail olduqlarını deyib.

Y.Seri İsrailin Qəzza və Livana hücumları dayanana qədər əməliyyatların davam edəcəyini bildirib.

İsrail isə məsələ ilə bağlı açıqlama verməyib.



Seçilən
9
trt.net.tr

1Mənbələr