AZ

Brindisi aeroportunda uçuşlar müvəqqəti dayandırılıb

İtaliyanın cənubundakı Brindisi hava limanında uçuşlar müvəqqəti dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, buna Brindisi-Turin reysini yerinə yetirən “Ryanair” aviaşirkətinə məxsus təyyarənin havaya qalxmazdan əvvəl mühərrikindən yanğının baş verməsi səbəb olub.

Təyyarənin göyərtəsindəki 184 sərnişin və ekipaj üzvləri heç bir xəsarət almadan təxliyə ediliblər. Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır.

Aeroportu idarə edən şirkətdən bildirilib ki, təhlükəsizliyi təmin etmək üçün aparılan işlər səbəbindən qarşıdakı bir neçə saat ərzində hava limanında uçuş-enmə əməliyyatları dayandırılıb. /Azərtac

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr