Oktyabrın 4-dən 7-nə qədər şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.
Arena.az bu barədə Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Yarışda ümumilikdə 50-dən çox şahmatçının mübarizə aparacağı bildirilir. Azərbaycan çempionatının mükafat fondu 8000 manatdır. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.
Azərbaycan çempionatı oktyabrın 4-dən 7-dək Respublika Şahmat Mərkəzində keçiriləcək. Turnir rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır. Ölkə çempionatlarında ilk 3 yeri tutan şahmatçılar Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil olunacaq dünya çempionatına ezam olunacaqlar.