AZ

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Bakı, 3 oktyabr, AZƏRTAC

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında “Məharət-2024” kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra olunub.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Seçilən
7
18
azertag.az

10Mənbələr