AZ

Azərbaycanda mövcud olan demokratik mühit həmkarlar ittifaqlarının azad fəaliyyətinə geniş imkanlar açır - Sahib Məmmədov

Bakı. Trend:

Azərbaycan həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərininəmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərininmüdafiəsidir. Hazırda biz fəaliyyətimizin daha datəkmilləşdirilməsi istiqamətində səylə çalışırıq. Azərbaycandabərqərar olan demokratik mühit, insan hüquq və azadlıqlarının ənali səviyyədə təmin edilməsi ictimai təşkilatların, o cümlədənhəmkarlar ittifaqlarının da səmərəli fəaliyyətinə geniş imkanlaraçır. Biz bu imkanlardan yararlanaraq ittifaq üzvü olanvətəndaşlarımızın iş şəraitinin qabaqcıl beynəlxalq standartlarauyğunlaşdırılması, əməyin mühafizəsi, sağlam və təhlükəsiz işşəraitinin yaradılması, sosial problemlərin həlli və əməkhüquqlarının təmin olunması sahəsində ardıcıl və məqsədyönlütədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyətimiziqururuq. Həmçinin üzvlərimizin sağlamlığına, sanatoriya, kurortmüalicəsinə, istirahətlərinin təşkilinə diqqətimizi artırırıq.Hazırda Konfederasiyaya məxsus sanatoriyalara baxışlar keçiririk,vəziyyətlə yerində tanış oluruq. Bilirsiniz ki, hər il həmkarlarittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onlarınnormal müalicəsi və istirahəti üçün hər cür şərait yaradılır. Lakinonu da etiraf edək ki, hazırkı infrastrukturla bütün üzvlərimizinbu xidmətlərə əlçatanlığını tam təmin edə bilmirik. Bunun üçünmövcud vəziyyət diaqnostika olunur və biz bu prosesə Azərbaycanİnvestisiya Holdinqini, habelə beynəlxalq konsaltinq - “BostonConsulting Group” və "McKinsey & Company" şirkətlərini cəlbetmişik, həmçinin xarici təcrübə öyrənilir. Çalışacağıq ki,sanatoriyaları daha müasir avadanlıqlarla təchiz edək,maddi-texniki bazanı təkmilləşdirək, eyni zamanda qabaqcılbeynəlxalq tələblər və mütərəqqi üsullarla idarə olunmasını təşkiledək. Sahə həmkarlar ittifaqlarının rəhbərləri ilə keçirdiyimizgörüşlərdə yollayışların verilməsində növbəlik prinsipininqorunmasını xüsusi olaraq tövsiyə edirik. Çünki bu imkandanehtiyacı olan bütün ittifaq üzvləri yararlanmalı, əlçatanlıq təminolunmalıdır.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasındaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri SahibMəmmədov deyib.

Onun sözlərinə görə, üzvlərin sosial müdafiəsiningücləndirilməsi də diqqət mərkəzindədir:

“Ölkəmizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi davamlısosial-iqtisadi islahatlar, qəbul etdiyi mütərəqqi proqramlar, buistiqamətdə verdiyi vacib fərman və sərəncamlarla xalqımızın madditəminatı dəfələrlə yüksəlib. Müstəqil iqtisadi siyasət həyatakeçirən dövlətimizin geniş maliyyə imkanları xalqımızın bilavasitəmənafeyinə xidmət edir. Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfəartıb. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan RespublikasıMilli Məclisinin ilk iclasında iştirak edən cənab Prezidentimizİlham Əliyev bildirdi ki, gələn ildən minimum əməkhaqqı və minimumpensiya yenə də artırılacaq. Təbii ki, bu da ittifaq üzvlərininsosial rifahına ciddi təsir göstərəcək”.

“Təcrübə göstərir ki, sosial dialoqun köməkliyi ilə mürəkkəbməsələlərin həlli, sosial sabitliyin təmin edilməsi ən uğurluyoldur. Biz bundan sonra da qarşılıqlı əmək və sosial-iqtisadimünasibətləri sosial tərəfdaşlıq prinsipləri üzərində quracaq,hökumət və işəgötürənlərlə real dialoqu davam etdirəcək, əməkmünasibətləri sisteminin optimallaşdırılmasına, sivil sosialtərəfdaşlığın inkişafı və təkmilləşdirilməsinə töhfələr verməyəçalışacağıq. Məlumdur ki, AHİK qadınların ölkənin sosial-iqtisadihəyatında fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarındadaha çox təmsil olunmasına, onların rolunun gücləndirilməsinəxüsusi diqqət yetirir. Respublika üzrə həmkarlar ittifaqıüzvlərinin 50 faizdən çoxu qadınlardır. Statistik hesabatlarınaraşdırılması onu deməyə əsas verir ki, yerlərdə qadın və kişilərüçün bərabər hüquq və imkanların təmin olunması vacib məsələdir.Odur ki, bu sahə üzrə fəaliyyətimizi daha da intensivləşdirəcəyik.Eləcə də Konfederasiyada işçilərin fəaliyyətinin qiymətləndirilməsiprosesi aparılır, struktur təkmilləşdirilir və beynəlxalqstandartlara uyğunlaşdırılır”, - AHİK sədri bildirib.

Konfederasiya sədri vurğulayıb ki, gənclərin böyük qismihəmkarlar ittifaqı sıralarındadır:

“Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38 faizindən çoxunugənclər təşkil edir. Onların həmkarlar ittifaqlarının gələcəkinkişafında və daha da möhkəmlənməsində rolu böyükdür. Buna görə dəgənclərin sosial-iqtisadi problemlərinin həllinə köməkgöstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakıfəaliyyətinə, keçirilən tədbirlərə cəlb edilməsinə və həmkarlarittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusiönəm verəcəyik. Gənc kadrların hazırlanması və ixtisasınınartırılmasında AHİK-in nəzdində olan Əmək və Sosial MünasibətlərAkademiyasının üzərinə də xüsusi məsuliyyət düşür. Akademiyanındigər təhsil müəssisələri sırasında abituriyentlər üçüncəlbediciliyinin artırılması, eyni zamanda rəqabətədavamlı strukturolaraq təkmilləşdirilməsi sahəsində də ciddi, ölçüləbilənnailiyyətlərin əldə olunması məqsədilə müvafiq tapşırıqlar verilib.AHİK və üzv təşkilatlar beynəlxalq həmkarlar ittifaqı hərəkatınınbir parçası olaraq Beynəlxalq Əmək Təşkilatı, eləcə də beynəlxalqvə regional həmkarlar ittifaqı təşkilatları ilə daha sıx təmaslarquraraq münasibətlərini genişləndirəcək. Qeyd edim ki, sentyabrın26-27-də Bakıda Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Həmkarlarİttifaqları Konfederasiyası və Pan-Avropa Regional Şurası ilə birgə“İqlim dəyişmələri və ədalətli keçid: həmkarlar ittifaqlarının roluvə fəaliyyətləri” mövzusunda beynəlxalq konfrans keçirdik. Buçərçivədə beynəlxalq həmkarlarla keçirdiyimiz görüşlərdə gələcəkəməkdaşlıqla bağlı geniş müzakirələr apardıq, istiqamətlərimüəyyənləşdirdik”.

Sonda bir daha vurğulayım ki, hazırda biz bütün istiqamətlərüzrə araşdırmalarımızı davam etdirir, yerlərdə mövcud vəziyyətiöyrənir və görüləcək işlərlə bağlı qərarlar qəbul edirik:

“Əsas məqsədimiz Azərbaycan həmkarlar ittifaqlarını dinamikolaraq inkişaf etdirmək, cəmiyyətdə nüfuzunu artırmaq, yeniçağırışlara uyğun olaraq, fəaliyyətimizi ardıcıl olaraqtəkmilləşdirmək və Azərbaycanın xoşbəxt gələcəyinə mühüm töhfələrverməkdir”.

Seçilən
9
13
az.trend.az

10Mənbələr