Qaynarinfo-nun məlumatına görə, Səidə Tağı-zadə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilib.
İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Fuad Axundov iş üzrə hakim təyin edilib.
529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır.
Aydın olur ki, Səidə-Tağı-zadə bundan əvvəl də inzibati məsuliyyətə cəlb edilib. Lakin inzibati tənbeh tətbiqetmə barədə qərarı icra etməyib. Bu baxımdan, onun barəsində yenidən inzibati protokol tərtib edilib.
529.3-cü maddəyə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
9Mənbələr
-
news365.azNazir müavinin qızı məsuliyyətə cəlb olunub ( 11662582)
-
mia.azGeneralın qızı sürücülük hüququndan məhrum edilir? - Məhkəmə işi ( 11658334)
-
ucnoqta.azGeneralın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər ( 11657659)
-
xalq.azGeneralın sənətçi qızı yol hərəkəti qaydalarını pozdu, iş məhkəmədə baxılacaq ( 11657566)
-
pravda.azGeneralın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər ( 11657263)
-
mia.azGeneralın qızı sürücülük hüququndan məhrum edilir? - Məhkəmə işi ( 11657044)
-
demokrat.azGeneralın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər ( 11657035)
-
reyting.azGeneralın qızı məhkəməyə verilib ( 11656996)
-
qaynarinfo.azGeneralın sənətçi qızının sürücülük hüququ məhdudlaşdırıla bilər ( 11656132)