AZ

Bakıda "AKS-74" markalı avtomat silah müsadirə edildi - BİRGƏ ƏMƏLİYYAT/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti birgə əməliyyat keçirib, "AKS-74" markalı avtomat silah götürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində Nəsimi rayonu, Hüseyn Seyidzadə, 2 ünvanının qarşısındakı dəmir qarajın önündə gizlədilmiş Qurban Fərhad oğlu Ağayevə məxsus bir ədəd "AKS-74" markalı avtomat silah, bir ədəd daraq və üç ədəd güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Seçilən
11
18
bizim.media

10Mənbələr