AZ

Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirildi

Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.

KONKRET.az xəbər verir ki, konfransda Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və Fransanın əsarəti altında olan Mayot adasından nümayəndələr hüquqşünaslar, həmçinin QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər.

 

Konfransda “Delimitasiyası olunmuş, lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri”, “Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası”, “Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş” mövzularında sessiyalar keçirilib.

Sessiyalarda çıxış edən mavritaniyalı jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir.

Malidən olan QHT rəhbəri Kabin Dumbia qeyd edib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. O bildirib ki, Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur.

Çıxış edən aktivist Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib.

Sessiyalardan sonra Təşəbbüs Qrupunun illik (2023-2024) fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Sonda xatirə şəkli çəkdirilib.//APA

Seçilən
9
3
konkret.az

4Mənbələr