AZ

Sabah bu ərazilərdə qaz olmayacaq

Görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar  sabah saat 10:00-dan 13:00-dək "Sərdərov adına BMZ(Digəh)" ölçü qovşağından, saat 09:00-dan işlər yekunlaşanadək "Ağcabədi" və "Beyləqan" ölçü qovşaqlarında qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Binəqədi rayonunun M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Baksol ərazisinin, Zəngəzur yaşayış massivinin, Ağcəbədi şəhəri daxil olmaqla, rayonun 9 qəsəbə və 36 kəndinin, həmçinin  Beyləqan şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 6 küçəsinin qaz təchizatında fasilə müvəqqəti fasilə yaranacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
13
39
milli.az

10Mənbələr