AZ

Rusiya Uqledarın ələ keçirildiyini rəsmən açıqladı

Rusiya Donetsk vilayətində Uqledarın tutulduğunu rəsmən elan edib.

Turkustan.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şəhər “Vostok” qoşun qruplaşmasının bölmələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Donetsk vilayətinin cənub-qərbində yerləşən Uqledar şəhəri uğrunda döyüşlər 2022-ci ilin mart ayının sonlarından davam edir. Həftənin əvvəlində onun tutulması barədə Rusiya “hərbi müxbirləri” məlumat yayıb. Sentyabrın sonunda rus qoşunları şəhəri demək olar ki, tamamilə mühasirəyə alıb. Oktyabrın 2-də Ukrayna Silahlı Qüvvələrinin “Xortitsa” əməliyyat-strateji qrupunun komandanlığı Ukrayna qoşunlarının şəhərdən çıxarılmasını elan edib. /Yeniavaz.com/

Seçilən
3
1
turkustan.az

2Mənbələr