AZ

İsveçrə Ukraynanın yenidən qurulması üçün 1,7 milyard dollar ayıracağına söz verib

İsveçrə hökuməti yenidənqurma üçün Ukraynaya 1,7 milyard dollar ayırmağı planlaşdırır.

Qaziler.az bildirir ki, bu barədə ölkənin Ukrayna və Moldovadakı səfiri Feliks Bauman bildirib. Onun sözlərini RİA Novosti yayıb.

O, Erkən Bərpa layihələrini dövlətlər arasında əməkdaşlığın mühüm istiqaməti adlandırıb. Pul növbəti dörd il üçün ayrılacaq. Onlar özünüidarəetmə, minaların təmizlənməsi və humanitar yardım sektorlarına, eləcə də İsveçrənin özəl sektorunu əhatə edən proqramlara göndəriləcək.

QAZİLER.AZ

Seçilən
14
4
qaziler.az

5Mənbələr