AZ

“Qalatasaray” Latviyada, “Fənərbaxça” Hollandiyada büdrəyib

Bakı. Trend:

Bu gün Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunlarıkeçirilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, eyni gündə baştutacaq turda 18 matç təşkil olunub.

Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkib.Komandamız 1:2 hesabı ilə məğlub olub.

Türkiyə təmsilçilərindən “Qalatasaray” Latviyada RFS-lə,“Fənərbaxça” isə Niderlandda “Tvente” ilə qarşılaşmada xal itirib.“Beşiktaş” isə öz meydanında “Ayntraxt”a uduzub.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-dəkeçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi
II tur, 3 oktyabr

20:45. RFS – “Qalatasaray” - 2:2
20:45. “Ferentsvaroş” – “Tottenhem” - 1:2
20:45. “Makkabi” TƏ – “Midtulland” - 0:2
20:45. “Olimpiakos” – “Braqa” - 3:0
20:45. “Qarabağ” – “Malmö” - 1:2
20:45. “Real Sosyedad” – “Anderlext” - 1:2
20:45. “Latsio” – “Nitsa” - 4:1
20:45. “Slaviya” – “Ayaks” - 1:1
20:45. “Hoffenhaym” – “Dinamo” K - 2:0
23:00. “Atletik” – “Alkmaar” - 2:0
23:00. “Beşiktaş” – “Ayntraxt” - 1:3
23:00. “Porto” – “Mançester Yunayted” - 3:3
23:00. “Tvente” – “Fənərbaxça” - 1:1
23:00. “Viktoriya” – “Lüdoqorets” - 0:0
23:00. “Elfsborq” – “Roma” - 1:0
23:00. PAOK - FCSB - 0:1
23:00. “Union Sent Jiloaz” – “Bodo Qlimt” - 0:0
23:00. “Reyncers” – “Lion” - 1:4

Seçilən
36
1
az.trend.az

3Mənbələr